Orxan Fikrətoğlu: "Kinematoqrafçılığın inkişafı üçün qanunvericilik dəyişməlidir"

Orxan Fikrətoğlu:  "Kinematoqrafçılığın inkişafı üçün qanunvericilik dəyişməlidir"
calendar 20 aprel 2023
clock 15:00

Kinematoqrafçılığın inkişafı üçün mütləq qanunvericilik dəyişməlidir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda ssenarist, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu deyib.

O bildirib ki, bu xüsusi sahə olduğuna görə, kinematoqraf qanunvericilikdə nəzərdə tutulan ümumi qaydalara riayət edə bilməz.

"Kinematoqrafiya sadəcə yaradıcılıq deyil, həm də istehsalatdır. İstehsalat isə bu gün Azərbaycandakı bazar mühiti ilə bağlıdır. Kinematoqrafçılar üçün birinci olan isə təbii ki, bədii prosesdir. Bunları isə təşkilatçılıq, idarəçilik məsələləri ilə uzlaşdıra bilər", - o qeyd edib.

view 843 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news