Orxan Fikrətoğluna yeni vəzifə verildi

Orxan Fikrətoğluna yeni vəzifə verildi
calendar 11 dekabr 2023
clock 18:52

Yazıçı-jurnalist Orxan Fikrətoğlu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru əvəzi təyin olunub.

Kulis.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

O, artıq vəzifəsinin icrasına başlayıb.

O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Onun ərizəsi qəbul olunub və vəzifədən azad olunması barədə əmr imzalanıb.

view 874 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news