Oskar mükafatçısı rejissorluğa qayıdır

Oskar mükafatçısı rejissorluğa qayıdır
calendar 16 may 2023
clock 13:00

Ən son 2016-cı ildə "Hacksaw Ridge" filminin rejissor kürsüsündə əyləşən Oskar mükafatlı aktyor Mel Gibson uzun fasilədən sonra rejissorluğa qayıdır.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi 7 ildən sonra "Flight Risk" filmini çəkəcəyini açıqlayıb.

Ssenarisi Cared Rozenberq tərəfindən yazılmış filmi hava marşalının kiçik bir təyyarə ilə Alyaska səhrasında bir qaçağı daşımasından bəhs edəcək.

Məşhur aktyor Mark Uolberqin baş rolda oynayacağı filmdə onun pilot obrazını canlandıracağı bildirlir.

"Flight Risk"in aktyor heyəti hələ dəqiqləşməyib.

Mel Gibson yönetmenliğe geri dönüyor

view 963 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news