“Oskar” mükafatında yenilik – İlk dəfə

“Oskar” mükafatında yenilik – İlk dəfə
calendar 12 yanvar 2022
clock 11:05

“Oskar” makafatının təqdimetmə mərasimində yenilik olacaq.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 2022-ci il Oskar mükafatlandırma mərasimini aparıcı apara bilər.

Mərasimin aparıcısı ola biləcək şəxsin adı hələ ki açıqlanmayıb, lakin bu haqda tezliklə təfərrüatlar paylaşılacaq.

Xatırladaq ki, komediya ustası Kevin Hart homofobiya ittihamları ilə qalmaqala görə bu roldan imtina etdikdən sonra 2019-cu ildən etibarən “Oskar” aparıcısız keçirilir.

Martın 27-də Los-Ancelesdəki Dolby Teatrında 94-cü Amerika Kino Akademiyasının mükafatlandırma mərasimi keçiriləcək.

view 1341 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news