Oskarlı aktyor xəstəxana yerləşdirildi

Oskarlı aktyor xəstəxana yerləşdirildi
calendar 13 aprel 2023
clock 19:00

Oskar mükafatlı amerikalı aktyor Ceymi Foks səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.

Kulis. az xarici mediaya istinadən xəbər verir ki, aktyor Kameron Diazla birlikdə çəkildiyi "Back in Action" filminin çəkiliş meydançasında qəfil xəstələnərək xəstəxanaya yerləşdirilib. Filmin çəkilişləri üçün getdiyi Atlantada narahat olan Foksun vəziyyətinin ağır olduğu bildirildi.

55 yaşlı aktyorun son vəziyyətini paylaşan qızı Korin Foks, "Dünən atamın səhhətində problem yarandığını bölüşmək istəyirik. Xoşbəxtlikdən təcili müdaxilə və yaxşı qayğı sayəsində sağalır. Biz onun nə qədər sevildiyini bilirik və dualarınızı istəyirik. Ailəmiz bu müddət ərzində hər şeyin gizli qalmasını istəyir" dedi.

Xatırladaq ki, əsl adı Erik Marlon Bişop olan Foks 2004-cü ildə musiqiçi Rey Çarlzın həyatından bəhs edən "Ray" filmindəki perfoması ilə "Ən yaxşı aktyor" nominasiyasında Oskar mükafatı qazanmışdır.

view 944 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news