"Oskar"lı musiqiçi vəfat etdi

"Oskar"lı musiqiçi vəfat etdi
calendar 10 fevral 2023
clock 10:00

Amerikalı pianoçu-bəstəkar Bert Bakarak vəfat edib.

Kulis.az xarici mətbuata istinadən xəbər verir ki, 94 yaşlı musiqiçi Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, B.Bakarak "Casino Royale", "Butch Cassidy and the Sundance Kid" kimi dünyaca məşhur filmlərinin musiqi müəllifidir.

O, üç dəfə "Oskar" və "Qızıl Qlobus" mükafatına layiq görülüb.

view 1197 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news