Pablo Pikassonun qızının portreti 18 milyon funta satıldı

Pablo Pikassonun qızının portreti 18 milyon funta satıldı
calendar 3 mart 2023
clock 11:50

İspan rəssamı Pablo Pikassonun qızı Mayanın portreti məşhur Sotheby's hərrac evində 18 milyon funta satılıb.

Kulis.az xəbər verir ki, “Fillette au bateau Maya” adı verilən portreti rəssam qızı Maya Vidmayer-Pikasso 1938-ci ildə cəmi iki yaş yarım olarkən çəkib.

Bu rəngarəng əsər Pikassonun məşhur “Guernica” əsərini tamamladıqdan qısa müddət sonra hazırlanıb və Mayanın rəssamın çətin illərində ona yaşatdığı xoşbəxtliyi təcəssüm etdirir.

Qeyd edək ki, Pikassonun daha dörd əsəri hərracda 15 milyon funta satılıb.

Pablo Picasso'nun kızının portresi 18 milyon sterline satıldı - 1

view 1180 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news