Pol Tomas Anderson yeni filmə başlayır

Pol Tomas Anderson yeni filmə başlayır
calendar 30 noyabr 2022
clock 16:00

Pol Tomas Anderson 2023-cü ilin yayında yeni filminin çəkilişlərinə başlayacaq

Kulis.az Rusiya mediasına istinadən xəbər verir ki, rejissorun növbəti layihəsi 1940-cı illərdə Los-Ancelesdəki həyat tərzinə həsr olunacaq.

Rejissor filmin çəkilişlərini 2023-cü ilin yayında doğma şəhəri Los-Ancelesdə başlamağı planlaşdırır. Xarici mətbuatın yazdığına görə çəkiliş heyəti baş rol üçün 15-16 yaşlı qarışıq millətdən olan, “atletik bədən quruluşuna malik və döyüş sənətini bilən” qız axtarır.

Xatırladaq ki, Anderson "Maqnoliya", "Neft", "Master" adlı məşhur filmlərin müəllifidir.

view 1008 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news