Polad Bülbüloğlu daha bir ölkənin xalq artisti oldu

Polad Bülbüloğlu daha bir ölkənin xalq artisti oldu
calendar 23 avqust 2024
clock 15:50

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.

Kulis.az xəbər verir ki, bu barədə Xalq artisti Gülyanaq Məmmədova instaqram hesabında paylaşım edib:

"Bu gün Özbəkistanda Polad Bülbüloğlunun "Özbəkistanın xalq artisti" adı alması münasibətilə təqdimat keçirilib. Təqdimatda Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak edib".

Qeyd edək ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

view 519 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news