“Qağayı” tamaşası nümayiş olunacaq

“Qağayı” tamaşası nümayiş olunacaq
calendar 12 sentyabr 2022
clock 18:20

Sentyabrın 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dahi rus klassiki A.Çexovun yaradıcılığına müraciət edəcək.

Kulis.az xəbər verir ki, A.Çexovun “Qağayı” əsəri əsasında hazırlan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir.

Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsilə qabardılıb.

view 1688 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news