“Qarabağın tarixi” üzrə qısa videoçarxlar müsabiqəsinin nəticələri ləğv olunub

“Qarabağın tarixi” üzrə qısa videoçarxlar müsabiqəsinin nəticələri ləğv olunub
calendar 1 dekabr 2022
clock 17:40

“Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ləğv olunub.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağın tarixi” mövzusunda elan olunan qısa videoçarxlar müsabiqəsinin nəticələri ilə əlaqədar təqdim olunan videoçarxlar kəmiyyət və keyfiyyət baxımından qənaətbəxş olmadığına, müsabiqə şərtlərini ödəmədiyinə və tələb olunan texniki göstəricilərə cavab vermədiyinə görə müsabiqənin nəticələri ləğv olunub.

Qeyd olunub ki, müsabiqəyə təqdim olunan işlərə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, bu sahənin tanınmış mütəxəssislərindən ibarət Ekspert Şurası tərəfindən baxılıb.

view 972 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news