"Qızıl dana"nın aktyoru vəfat etdi

"Qızıl dana"nın aktyoru vəfat etdi
calendar 9 sentyabr 2024
clock 13:51

Aktyor, "Anqajement" gənclər teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar artisti Leonid Okunev vəfat edib.

Kulis.az xəbər verir ki, 75 yaşlı aktyor Tümen şəhərində dünyasını dəyişib.

"Leonid Qriqoryeviç bütün kollektivimiz üçün ustad, müəllim, ata idi. O heç vaxt yolundan dönmürdü, teatrı da arxasınca aparırdı. Bu itkinin ağrısını daim hiss edəcəyik", - deyə, teatrın heyəti bildirib.

Qeyd edək ki, Okunev 1993-cü ildə Tümendə yaradılmış "Anqajement" teatrının yaradıcılarından biri olub. 2022-ci ildə Tümen şəhərinin fəxri vətəndaşı seçilib.

O, "Qızıl dana", "Zəmanəmizin qəhrəmanı", "Apostol", "Karamazov qardaşları", "Dostoyevski" kimi seriallarda rol alıb.

view 406 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news