“Qızıl portağal” film festivalının keçirilmə vaxtı açıqlandı

“Qızıl portağal” film festivalının keçirilmə vaxtı açıqlandı
calendar 30 iyun 2022
clock 18:20

Bu il Türkiyənin Antalya vilayətində təşkil olunacaq 59-ci “Qızıl portağal” beynəlxalq film festivalı oktyabrın 1-də başlayacaq.

Kulis.az xəbər verir ki, Antalya Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamaya görə, festival çərçivəsində "Edebiyat Uyarlaması Uzun Metraj Senaryo" müsabiqəsi də keçiriləcək.

Türkiyədə böyük maraqla gözlənilən müsabiqə kino və ədəbiyyatı bir araya gətirərək hər iki sahə üçün məhsuldar mühit yaratmağı hədəfləyir.

Qeyd edək ki, festival oktyabrın 8-dək davam edəcək.

view 1884 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news