“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

“Qonaq Teatr”  layihəsi çərçivəsində növbəti tamaşa
calendar 23 aprel 2024
clock 14:00

Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrı Bakıda Əli Əmirlinin “İyirmi ildən sonra” tamaşasını təqdim edib.

Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevdir.

Nümayişdən sonra əsərin müəllifi, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli tamaşanın orijinal ədəbi materialına görə İttifaqın Fəxri fərmanı ilə təltif olunub.

view 696 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news