“Qremmi”nin əsas namizədləri bəlli oldu

"Qremmi" mükafatı

"Qremmi" mükafatı

calendar 24 noyabr 2021
clock 13:05

“Qremmi” musiqi mükafatının əsas namizədlərinin adları açıqlandı.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, 2022-ci il “Qremmi” mükafatlarında Amerika müğənnisi Jon Batiste 11 nominasiya üzrə namizəd olaraq liderliyə doğru irəliləyir. Justin Bieber, Doja Cat və HER səkkiz nominasiya ilə Billie Eilish, Olivia Rodrigo isə yeddi nominasiya ilə yarışırlar.

Bu il 64-cü dəfə veriləcək “Qremmi” mükafatları 31 yanvar 2022-ci ildə Los-Ancelesdə keçiriləcək.

view 1445 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news