“Qu gölü” baleti nümayiş olunacaq

“Qu gölü” baleti nümayiş olunacaq
calendar 4 mart 2023
clock 11:30

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P. Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, martın 8-də təqdim olunacaq balet uzun illərdir Opera və Balet Teatrının repertuarındadır.

Tamaşaçılar bu səhnə əsərini hər dəfə fərqli ifalarda görürlər.

Bu dəfə səhnə əsərində əsas rolları Rusiyanın Mariinski Teatrının aparıcı solistləri Nadejda Batoyeva və Flipp Styopin ifa edəcək.

view 1083 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news