Ququş səhnədən getdi

Ququş səhnədən getdi
calendar 16 sentyabr 2023
clock 11:15

İran estradasının ulduzu, məşhur aktrisa, müğənni Ququş böyük səhnədən getdiyini açıqlayıb.

İran pop musiqisinin “Şahmahı” (“ŞahBalığı”) adlanan Ququş deyib ki, bu, onun üçün çox çətin qərardır: “Məndən asılı olsa idi, əlvida deməzdim”.

O, İranda yaşadığı 21 il ərzində susqunluğunun yerini son 23 ildə doldurmaq üçün daim səhnədə olub.

Azərbaycanda Rəşid Behbudovun ifasında tanınan “Ayrılıq” (musiqisi Əli Səlimi, sözləri Rəcəb İbrahimi) mahnısının ilk ifaçısı da Ququş olub.

view 1696 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news