Rafael Hüseynov Milli Məclis sədrinin müavini seçildi

Rafael Hüseynov Milli Məclis sədrinin müavini seçildi
calendar 24 sentyabr 2024
clock 16:42

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, ictimai xadim, yazıçı, AMEA akademiki Rafael Hüseynov Milli Məclis sədrinin müavini seçilib.

Kulis.az xəbər verir ki, sentyabrın 23-də Azərbaycan Respublkasının Milli Məclisinin yeni tərkibdə ilk iclası keçirilib. Milli Məclisin yeni tərkibdə bugünkü ilk iclasında parlamentin sədr müavinlərinin seçilməsi məsələsi müzakirə edilib.

Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əli Əhmədov I vitse-spiker, bitərəflərin namizədi Musa Qasımlı, parlamentdə azlıq təşkil edən partiyaların namizədi Rafael Hüseynov və Ziyafət Əsgərov isə vitse-spikerlər seçilib.

Xatırldaq ki, indiyədək Milli Məclis sədrinin üç müavini (I müavin və iki müavin) olub.

view 556 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news