Rafael Hüseynov “Şərəf” ordeni ilə təltif edildi

Rafael Hüseynov “Şərəf”  ordeni ilə təltif edildi
calendar 7 avqust 2024
clock 15:43

Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

Kulis.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

O, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, R.Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. İkinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olub.

view 1207 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news