Rahil Tahirlinin kitabı çap olundu

Rahil Tahirlinin kitabı çap olundu
calendar 29 may 2024
clock 12:30

Şair Rahil Tahirlinin "Aynadakı adam" adlı şeirlər kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, "Mücrü" nəşriyyatında çapdan çıxan kitaba müəllifin müxtəlif vaxtlarda qələmə aldığı şeirlər daxildir.

Rahil Tahirli 1984-cü ildə Naxçıvanda doğulub. "Aynadakı adam" müəllifin oxucularla üçüncü görüşüdür. Bundan əvvəl şairin "Sonradan sonra" və "Ayrılaq, sevgi yaşasın" adlı kitabları çap olunub.

view 529 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news