Ramiz Rövşənlə görüş keçiriləcək

Ramiz Rövşənlə görüş keçiriləcək
calendar 20 may 2024
clock 21:18

Beynəlaxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı ilə keçiriləcək III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayır.

Kulis.az xəbər verir ki, festival 24-31 may tarixində Elmlər Akademiyasının parkında təşkil ediləcək.

Festival çərçivəsində 31 may tarixdə Xalq şairi Ramiz Rövşənlə görüş-imza saatı baş tutacaq.

Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, ASAN Könüllülər Təşkilatı, İLESAM, Badam klinikası, Dünya Gənc Türk Yazarlar Birliyi, Fileur Global Security Group, Mədəniyyət kanalı və Bizim Medianın təşkilati dəstəyi ilə həyata keçiriləcək.

view 837 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news