"Rammstein"in seks qalmaqalına görə kastinq direktoru işdən çıxarıldı

"Rammstein"in seks qalmaqalına görə kastinq direktoru işdən çıxarıldı
calendar 7 iyun 2023
clock 16:35

Alman rok qrupu Rammstein seks qalmaqalından sonra rusiyalı "kastinq direktoru" Alena Makeeva ilə yollarını ayırıb.

Kulis.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.

Qrup qızı nəinki qeyri-rəsmi vəzifədən qovub, həm də Rammstein vokalisti Till Lindemannın cinsi təcavüz iddialarını araşdırmaq üçün hüquq firması tutub. Şirkətin nümayəndələri qrupun qarşıdakı konsertlərinin gedişatını izləyəcəklər.

Qadınların çoxsaylı ifadələrinə görə, Makeevanın Lindemannın intim məqsədlər üçün konsertdən əvvəl və ya sonra yanına gətirməsini istədiyi qızların seçimi ilə məşğul olduğu iddia edilir. Bəzi qızlar onun narkoman olduğun bildiriblər.

view 919 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news