Rasim Balayev AKİ-nin sədrliyinə namizəd oldu

Rasim Balayev AKİ-nin sədrliyinə namizəd oldu
calendar 4 noyabr 2023
clock 13:44

Xalq artisti Rasim Balayev birləşmiş kino ittifaqlarının sədrliyinə namizəd olub.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya AKİ-dən məlumat verilib.

Qeyd edək ki, bu ilin 26 iyulunda AKİ və ARKİ birləşəcəkləri barədə birgə bəyanat yayıblar.

Xatırladaq ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

Yeni ad kimi Kinematoqrafçılar Birliyi təklif edilib. Sözügedən birliyin qurultayının il sonuna doğru olacağı gözlənilir.

view 999 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news