Rasim Qaracanın kitabı Təbrizdə çap olundu

Rasim Qaracanın kitabı Təbrizdə çap olundu
calendar 4 iyul 2022
clock 18:50

Tanınmış şair, tərcüməçi, yazıçı, "Alatoran nəşriyyatı"nın direktoru Rasim Qaracanın kitabı Təbrizdə çap olunub.

Kulis.az xəbər verir ki, bu barədə yazıçı sosial şəbəkə hesabından paylaşım edərək bildirib:

Təbrizdə, "Sona" nəriyyatında şeirlər kitabım işıq üzü görüb. 324 s. 1000 tirajla. Kitabı Ərəb əlifbasında yığan Əli Etimadiyə və kitabı çapa hazırlayan, qapağını dizayn edən Kəyoumərs Nezamiana təşəkkürümü bildirirəm. Kitab türk dilindədir. Paylaşdım ki dostlar sevinsin".

view 1304 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news