“Rədd ol” filmi əsrin ən yaxşısı oldu

“Rədd ol” filmi əsrin ən yaxşısı oldu
calendar 7 dekabr 2021
clock 18:05

Əsrin ən yaxşı ssenarisi seçilib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Amerika Ssenaristlər Gildiyası 21-ci əsrin 101 ən yaxşı ssenarisini elan edib. Siyahı təşkilatın saytında dərc olunub.

Ən yaxşı ssenariyə malik film Jordan Peel tərəfindən yazılan "Rədd ol" filmi olub. İkinci yerdə - Mişel Qondrinin "Ləkəsiz ağılın əbədi günəşi", üçüncü yerdə David Finçerin "Sosial şəbəkə" ssenarisi.

İlk onluğa həmçinin "Parazitlər", "Qocalar üçün ölkə yoxdur", "Ay işığı", "Neft", "Şeytansız əclaflar", "Demək olar ki, məşhur" və "Unutma" filmləri daxil edilib.

view 2019 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news