Rejissor Hüseyn Mehdiyev: "Kinoya münasibətimiz dəyişməlidir"

Rejissor Hüseyn Mehdiyev:  "Kinoya münasibətimiz dəyişməlidir"
calendar 21 aprel 2023
clock 11:50

"Bu gün kino bürokratik çərçivədədir".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumu çərçivəsində "Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri" panelində kinorejissor Hüseyn Mehdiyev deyib. Onun fikrincə, kino haqqında qanun təkmilləşdirilməlidir:

"Kinonun istehsalatı sahibkarlıq fəaliyyəti ilə sintezdədir. 2020-2040-cı illər mədəniyyət strategiyasında kinonun inkişafı məsələsi də öz əksini tapmalıdır. Bundan çıxış edərək qanunvericilikdə bir neçə istiqamətdə dəyişiklik olmalıdır. Bundan əlavə qeyd edim ki, bizim özümüzün də münasibətimiz dəyişməlidir".

"Tenderlər kino sənayesinə maneə törədir", - deyə o, çıxışı zamanı qeyd edib.

view 1238 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news