Rəşad Məcid haqqında kitab çap olundu

Rəşad Məcid haqqında kitab çap olundu
calendar 31 oktyabr 2024
clock 14:00

Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru yazıçı-publisist Rəşad Məcid haqqında növbəti kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Rəşad Məcidin 60 illik yubileyi münasibətilə hazırlanan kitabda onun həyat və yaradıcılığından bəhs olunur.

Kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, AYB-nin Gənclər Şurasının katibi Prezident təqaüdçüsü, yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü Prezident təqaüdçüsü, yazıçı Şəfa Vəlidir.

Kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun doğmaları - ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsilə dolğun məlumatlar alacaq, qəhrəmanımızı şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması da nəşrin əsas qayələrindəndir.

DGTYB-nin başqanı Prezident təqaüdçüsü İntiqam Yaşar kitaba “Ön söz” yazıb.

view 371 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news