Əməkdar artist Rəşidə Behbudova sosial şəbəkədə atası, əfsanəvi müğənni Rəşid Behbudovun fotosunu paylaşıb.
Kulis.az xəbər verir ki, R.Behbudova paylaşımda yazıb:
"Canım, sevimli atam, doğum günün mübarək. Sən mənim, bizim və Azərbaycanın fəxrisən. Çox darıxıram, ata, çox... Amma adın, ruhun, dəstəyin həmişə mənimlədir. Və anam yaxındır. Mənim gözümdə, ruhumda, ürəyimdə sənin və onun surətidir. Doğum günün mübarək, təkrarsız maestrom, musiqi ustadım, Rəşid Behbudovum".
- "Bu romanda hər şey ötəridir, səthidir..." - Rəşad Səfər Şərif Ağayarın romanını tənqid etdi
- Rusiyanın opera ulduzu Bakıda çıxış edib
- Məşhur aktyor dünyasını dəyişdi
Qeyd edək ki, bu gün mərhum sənətçi R.Behbudovun doğum günüdür.