Respublika Uşaq Kitabxanası Uşaq İncəsənət Festivalının (UİF) mükafatlandırma mərasimində

Respublika Uşaq Kitabxanası Uşaq İncəsənət Festivalının (UİF) mükafatlandırma mərasimində
calendar 15 noyabr 2023
clock 14:20

13 noyabr tarixində H.Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Uşaq İncəsənət Festivalının (UİF) mükafatlandırma mərasimi baş tutub.

Kulis.az xəbər verir ki, tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Mükafatlandırma mərasimində Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası xüsusi stend və uşaq yazarlarının təqdimatı ilə iştirak edib.

Tədbir çərçivəsində Respublika Uşaq Kitabxanası tərəfindən uşaq yazarlarından Solmaz Amanova, Günel Əsgərova, Gülzar İbrahimova ilə mütaliə saatlarının təşkili, interaktiv oyunların, uşaqlar arasında “Biləyən” adlı müsabiqənin, müxtəlif nağıl qəhrəmanlarının özün rənglə müsabiqəsi, uşaqlar arasında komanda yarışların keçirilməsi təşkil olunub.

Qaliblərə “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib.

view 832 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news