Reynmen həbs oluna bilər

Reynmen, müğənni

Reynmen, müğənni

calendar 17 fevral 2022
clock 17:40

Reynmen kimi tanınan məşhur müğənni Yusuf Aktaş aparıcı Bircan Balini hədələmək və təhqir etmək ittihamları ilə həbs oluna bilər.

Kulis.az xəbər verir ki, İstanbul 48-ci Ağır Cəza Məhkəməsində keçirilən prosesdə tərəflərin vəkilləri iştirak edib. Məhkəmə iddiaları dinlədikdən sonra qərar üçün növbəti tarix müəyyən olunub. İlkin məlumata görə, Reynmen 3 ay 15 gündən 2 il 10 ay müddətinə qədər həbs oluna bilər.

Qeyd edək ki, daha əvvəl aparıcı Ece Erken də Reynmeni məhkəməyə vermişdi. Ece aparıcısı olduğu verilişdə Aktaş haqqında xoşagəlməz ifadələr işlətmişdi. Bundan sonra Reynmen sosial media hesabında Erken haqqında "Ucuz" yazısı yazaraq paylaşım etmişdi.

view 3849 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news