“Ruhun qidası” adlı konsert proqramı keçiriləcək

“Ruhun qidası” adlı konsert proqramı keçiriləcək
calendar 20 avqust 2024
clock 16:26

Sentyabrın 23-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gənc kamança ifaçısı, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyevanın “Ruhun qidası” adlı konsert proqramı reallaşacaq.

Filarmoniyadan Kulis.az-a ildirilib ki, konsert zamanı fortepianoda kamança ifaçısını Nərmin Rzayevanın müşayiət etməsi nəzərdə tutulub.

Gənc ifaçılar Üzeyir Hacıbəyli, Sevda İbrahimova, Bela Bartok, List, Şopen, Bethoven, Bela Kovacs kimi bəstəkarların əsərlərini ifa edəcəklər.

view 460 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news