Rus müğənnilərin yutub kanalları bloklandı

Rus müğənnilərin yutub kanalları bloklandı
calendar 5 iyul 2024
clock 10:12

Yutub platforması rusiyalı müğənnilər Oleq Qazmanov, Yuliya Çiçerina, Polina Qaqarina, Qriqori Leps, Şaman və aparıcı Vyaçeslav Manuçarovun kanallarını bloklayıb.

Kulis.az xəbər verir ki, hadisə Litva Radio və Televiziya Komissiyasının “Google”dan rusiyalı müğənni və teleaparıcıların Aİ-nin sanksiya siyahısına daxil edildiyi üçün hesablarının silinməsini xahiş etməsindən sonra baş verib.

Qeyd edək ki, bu ilin iyun ayının sonunda bəzi rusiyalı sənətçilərin mahnıları "Spotify" musiqi platformasından da silinib.

view 1110 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news