“Rus rokunun hitləri” rok-konserti oldu

“Rus rokunun hitləri” rok-konserti oldu
calendar 5 sentyabr 2023
clock 18:26

Bakıdakı Rus Evinin dəstəyi ilə “ZagulbaFM” əyləncə mərkəzində gənclərin “Rus rokunun hitləri” rok-konserti olub.

Kulis.az xəbər verir ki, konsert proqramında gənc və istedadlı musiqiçilər və peşəkar teatr aktyorları iştirak ediblər.

Təşkilatçıların sözlərinə görə, rus roku ideologiyası, səslənməsi və semantik yükü baxımından əksər ölkələrin rok musiqisindən fərqlənir.

Qeyd edək ki, Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi 2009-cu ilin mart ayından fəaliyyət göstərir.

view 653 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news