Rusiyanın Xalq artisti ilə görüş keçiriləcək

Rusiyanın Xalq artisti ilə  görüş keçiriləcək
calendar 1 may 2023
clock 15:30

Mayın 5-də Bakıdakı Rus Evində (RİMM) “Müasir pyes məktəbi” teatrının aktrisası, “Rolan Bıkov” Beynəlxalq Uşaqlar və Yeniyetmələr üçün kino və televiziya inkişafı Fondunun vitse-prezidenti, Rusiyanın Xalq artisti Yelena Sanayeva ilə yaradıcılıq görüşü keçiriləcək.

Kulis.az xəbər verir ki, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Yelena Sanayeva – xarakterik rolların parlaq ifaçısıdır. “Buratinonun sərgüzəştləri” filmindəki tülkü Alisa rolu ilə aktrisa əbədi olaraq sovet kinosunun Qızıl Fonduna daxil olub. O, “General Rəhimov”, “Rus üzrə”, “Buludların arxasında səma” və s. kimi 43 filmdə çəkilib.

Xatırladaq ki, "Buratinonun sərgüzəştləri” filmindəki tülkü Alisa rolu ilə aktrisa əbədi olaraq sovet kinosunun Qızıl Fonduna daxil olub.

view 1123 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news