Rüstəm İbrahimbəyovla vida mərasiminin vaxtı və yeri dəqiqləşdi

Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov

calendar 14 mart 2022
clock 17:40

Mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi martın 16-ı saat 12:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Kulis.az-a bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə uzun sürən xəstəlikdən sonra Moskvada dünyasını dəyişmişdi. Dünən onunla Moskvada vida mərasimi keçirilib.

Mərhumun nəşi Bakıya sabah gətiriləcək.

view 2164 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news