Şair Taleh Həmidin xatirəsi anıldı

Şair Taleh Həmidin xatirəsi anıldı
calendar 17 iyun 2023
clock 11:30

İyunun 16-da Binəqədi rayon Yeni Azərbaycan Partiyasının inzibati binasında tanınmış şair Taleh Həmidin anım mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə mərhum şairin yazıçı dostları, iş yoldaşları, yaradıcılığının pərəstişkarları və ailə üzvləri iştirak ediblər.

Anım tədbiri şairin haqqında çəkilmiş filmin nümayişi ilə başlayıb.

Mərasimdə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının sədri Vüsar İsmayılov, yazıçılar Seyran Səxavət, Səfər Alışarlı, şair Nazim Əhmədli, Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov və başqaları çıxış edərək şairin poeziyası, qələmə aldığı poemalar və onların yaradıcılıq xüsusiyyətləri barədə danışıblar.

Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev, yazıçı Varis, yaxın dostu Anar Əliyev və başqaları Taleh Həmidin səmimiyyəti, xeyirxahlığı barədə bəhs edib, şairlə bağlı xatirələrini bölüşüblər.

view 965 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news