Şakiradan Pikeyə: "Bu yaşda iki 22 yaşlı qıza dəyərəm"

Şakiradan Pikeyə:  "Bu yaşda iki 22 yaşlı qıza dəyərəm"
calendar 19 mart 2024
clock 14:00

Ötən il futbolçu Xerard Pike ilə ayrılan kolumbiyalı müğənni Şakira köhnə sevgilisini xatırlayıb.

Kulis.az xəbər verir ki, o, köhnə sevgilisinin dəyişildiyini deyib:

"Sənə qayıtmayacağam, mənim üçün ağlama, mənə yalvarma. Sadəcə, musiqi ilə məşğulam, bu, səni narahat edirsə, üzr istəyirəm. Məni üzdüyünü sanırsan, amma əksinə, gücləndirmisən. Qadınlar üzüləndə ağlamırlar, bunu qazanca çevirirlər. Yeni sevgilinlə sizə uğurlar arzulayıram. Sənə nə oldu, anlamıram. O qədər qəribəsən ki, səni tanımıram. Bu yaşımda iki 22 yaşlı qıza dəyərəm. Sən "Ferrari"ni "Renault"a dəyişmisən... Sən "Roleks"i "Kasio"ya dəyişmisən".

Qeyd edək ki, futbolçu Xerard Pike Klara Çia Marti ilə sevgilidir.

view 1064 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news