Şakiraya "Pioner" mükafatı veriləcək

Şakiraya "Pioner" mükafatı veriləcək
calendar 29 avqust 2023
clock 13:00

46 yaşlı kolumbiyalı müğənni Şakira "MTV Video Music Awards"da "Pioner" mükafatını alacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, mərasim sentyabrın 12-də baş tutacaq

Şakira builki "MTV Video Music Awards"da üç kateqoriya üzrə namizəd olub.

Bu mükafatı əvvəllər Beyonce, Nicki Minaj, Madonna, Janet Jackson, Jennifer Lopez, Rihanna kimi sənətçilər alıb.

Taylor Swift isə "MTV Video Music Awards"da 8 nominasiya üzrə mükafat qazanıb.

Qeyd edək ki, "MTV Video Music Awards"da ilin ən yaxşı klipləri seçilir.

view 933 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news