Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbulda konsert proqramı təşkil olunacaq

Şanlı Zəfərimizin ildönümü münasibətilə İstanbulda konsert proqramı təşkil olunacaq
calendar 30 oktyabr 2024
clock 13:54

8 Noyabr - Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd ediləcək.

Kulis.az xəbər verir ki, tədbir SOCAR və digər qurumların dəstəyi ilə Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunacaq.

Konsertdə Xalq artistləri Mənsum İbrahimov və Natiq Şirinovun rəhbərlik etdikləri “Qarabağ” muğam və “Natiq” ritm qruplarının ifasında Azərbaycan musiqiləri səsləndiriləcək.

Şanlı Zəfərimizin dördüncü ildönümünə həsr olunan gecə noyabrın 5-də İstanbulun ən mötəbər mədəniyyət saraylarından biri olan Atatürk Mədəniyyət Mərkəzinin teatr salonunda keçiriləcək.

view 263 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news