"Sarayevonun qəlbi" mükafatı Meq Rayana verildi

"Sarayevonun qəlbi" mükafatı Meq Rayana verildi
calendar 22 avqust 2024
clock 10:18

Bu il Bosniya və Herseqovinanın paytaxtında keçirilən 30-cu Sarayevo Film Festivalında (SFF) "Sarayevonun qəlbi" mükafatı amerikalı aktrisa Meq Rayana verilib.

Kulis.az xəbər verir ki, Rayan mükafatını festivalın direktoru Yovan Maryanoviçdən alıb.

1998-ci ildə istehsal olunan və 1999-cu ildə festivalda nümayiş olunan Rayanın baş rolda olduğu "Sizə məktub var" filmi 25 il sonra eyni məkanda kinosevərlərlə görüşüb.

Sarayevonun Ürəyi Fəxri Mükafatı Meq Rayana verildi - 1

Qeyd edək ki, festivalda Robert de Niro, Ancelina Coli, Bred Pitt, Orlando Blum, Deniel Kreyq, Con Malkoviç, Morqan Friman və Nuri Bilge Ceylan kimi dünyaca məşhur sənətçilər iştirak edib.

view 475 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news