“Sehrli xalat”ın Rəşidi vəfat etdi

“Sehrli xalat”ın Rəşidi vəfat etdi
calendar 24 yanvar 2024
clock 17:17

Aktyor Azər Qurbanov vəfat edib.

Kulis.az xəbər verir ki, bu haqda Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, A.Qurbanov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. 30 ildir ABŞ-də yaşayan aktyor orada dünyasını dəyişib.

Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner Rəşid obrazı gətirib. O, rusdilli olduğuna görə onu Yusif Şeyxov səsləndirib.

view 1143 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news