Selena Qomesdən şok açıqlama

Selena Qomesdən şok açıqlama
calendar 10 sentyabr 2024
clock 17:26

İfaçı və aktrisa Selena Qomes heç vaxt ana ola bilməyəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, Qomes sağlamlıq problemləri olduğu üçün ana ola bilməyəcəyini bildirib.

"Bunu heç vaxt dilə gətirməmişdim, amma təəssüf ki, heç vaxt uşağım olmayacaq. Səhhətimlə bağlı xeyli problemlərim var və əgər hamilə qalsam, öz və bətnimdəki uşağın həyatını təhlükəyə atmış olaram," - deyə o, bildirib.

Amma aktrisa gələcəkdə övladlığa uşaq götürmək niyyətində olduğunu da açıqlayıb.

view 478 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news