Selin Dion xəstəlik səbəbindən konsertlərini ləğv etdi

Selin Dion xəstəlik səbəbindən konsertlərini ləğv etdi
calendar 26 may 2023
clock 18:58

Müğənni Selin Dion əzələ sərtliyi sindromu ilə mübarizə apardığı üçün dünya turnesini ləğv edib.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Çıxış etmək üçün güc tapmağa çalışdım, amma bunu bacarmayacam. Səhnəyə çıxmağı təxirə salsam, mənim üçün daha yaxşı olar”, - sənətçi bildirib.

Dion müalicə almaq üçün "təxminən 40 şou"nu ləğv edib. Onun növbəti Avropa konserti sentyabrın 1-də Parisdə keçirilməli idi.

Qeyd edək ki, Selin Dionun son konserti 2022-ci ilin martında ABŞ-də baş tutub.

view 1045 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news