Səməd Vurğuna həsr olunmuş tədbir keçirildi

Səməd Vurğuna həsr olunmuş tədbir keçirildi
calendar 14 dekabr 2023
clock 18:45

Dekabrın 13-də Bakıdakı Rus evində Azərbaycanın Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-musiqili axşam keçirilib.

Kulis.az xəbər verir ki, ədəbi-musiqili axşamda musiqi və vokal nömrələrinin müşayiəti ilə görkəmli şairin şeirləri səsləndirilib. Proqramda peşəkar musiqiçilərlə yanaşı, gənc istedadlar da iştirak ediblər.

Ədəbi-musiqili axşamın fəxri qonağı Səməd Vurğunun nəticəsi, respublika və beynəlxalq müsabiqələrin laureatı, istedadlı musiqiçi, pianoçu Vurğun Vəkilov olub. Onun ifasında səslənən Sergey Raxmaninovun əsərləri ədəbi-musiqili konsertin yekunu olub.

Səməd Vurğun şair, dramaturq, ictimai xadim, bir sıra nüfuzlu sovet mükafatlarının laureatı, Azərbaycan SSR-nin ilk Xalq şairidir. O, 1936-cı ildə A.S.Puşkinin “Yevgeni Onegin” romanının Azərbaycan dilinə tərcüməsinə görə dahi rus şairinin adını daşıyan Puşkin Komitəsinin medalı ilə təltif edilib.

AZƏRTAC

view 801 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news