Səməd Vurğunun xatirə axşamı olacaq

Səməd Vurğunun xatirə axşamı olacaq
calendar 7 dekabr 2023
clock 17:35

Dekabrın 13-də Bakıdakı Rus evində Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunmuş poeziya axşamı təşkil ediləcək.

Kulis.az xəbər verir ki, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə şairin həyatının ən mühüm məqamlarından və onun yaradıcılığından söhbət açılacaq, sevimli melodiyalarının sədaları altında şeirlər səsləndiriləcək.

Qeyd edək ki, Səməd Vurğun şair, dramaturq, ictimai xadim, bir sıra nüfuzlu sovet mükafatlarının laureatı, Azərbaycan SSR-nin ilk Xalq şairidir. O, 1936-cı ildə A.S.Puşkinin “Yevgeni Onegin” romanının Azərbaycan dilinə tərcüməsinə görə dahi rus şairinin adını daşıyan Puşkin Komitəsinin medalı ilə təltif edilib.

view 1018 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news