Sənət adamlarına Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub

Sənət adamlarına Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub
calendar 8 sentyabr 2022
clock 19:30

Avqustun 8-də mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva görkəmli sənətşünas, professor, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevil Bədəlova və rəssam, dosent, sənətşünaslıq üzrə elmlər namizədi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rasim Nəzirovla görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə onlara Azərbaycan mədəniyyəti və incəsənətinə verdikləri töhfələrə, həmçinin zəngin mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğ edilməsindəki rollarına görə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.

Mükafatlandırılan sənət adamları onlara göstərilən xüsusi diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildirdilər.

view 1370 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news