Sənin gözlərinin dərinliyində... - Əliağa Kürçaylı

Sənin gözlərinin dərinliyində... - Əliağa Kürçaylı
calendar 1 dekabr 2023
clock 18:20

Kulis.az Əliağa Kürçaylının "İstərəm" şeirini təqdim edir.

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

view 1186 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news