Müğənni və aktrisa Nikol Şerzinqer Londonun West End səmtində yerləşən "Sunset Boulevard"ın yeni filmində rol alacaq.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Endryu Lloyd Uebberin mahnılarını bəstələdiyi müzikl 1950-ci ildə çəkilmiş eyniadlı filmə əsaslanaraq çəkilib. Şerzinqer ekrana zəfərlə qayıtmaq arzusunda olan səssiz film ulduzu Norma Desmond rolunu oynayacaq.
Xatırladaq ki, Billi Uaylder tərəfindən çəkilən film öz adını ABŞ kino sənayesinin ürəyi olan Hollivuddan keçən böyük bir küçədən götürür.
- Düşmən qarşısında pələng, şir Anar – FİKRƏT QOCANIN ŞEİRİ
- Milli Konservatoriya Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
- Aktrisa olmaq üçün ərindən ayrıldı, məscidlərdə mərsiyə dedi, teatrda işləməyini qardaşından gizlətdi – Xalq artisti haqqında maraqlı faktlar
Baş qəhrəman Norma Desmond çürüməkdə olan malikanədə yaşayır və ulduzunun sönməsi ilə barışmağa çalışır. O, geri qayıtmaq arzusundadır və bu yolda gənc ssenaristə güvənir.