Səttar Bəhlulzadənin Ev-Muzeyinə yeni eksponatlar təqdim olunub

Səttar Bəhlulzadənin Ev-Muzeyinə yeni eksponatlar təqdim olunub
calendar 21 fevral 2024
clock 11:00

Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin (1909–1974 anadan olmasının 115, vəfatının 50-ci ildönümüdür. Yubiley münasibətilə müxtəlif tədbirlər təşkil olunur.

Fevralın 16-da Səttar Bəhlulzadənin Əmircan qəsəbəsindəki ev-muzeyinə hədiyyə olunan yeni eksponatların təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ev-muzeyin direktoru Pərzad Abdinova çıxışında bildirib ki, hədiyyə olunan eksponatlar muzeyin fondunu zənginləşdirəcək. O, təqdim olunan eksponatlara görə təşəkkür edib.

Qeyd edək ki, təqdimat mərasimindən sonra ev-muzeyin kolleksiyasından rəssamın qrafik əsərləri və şəxsi kolleksiyalarda qorunan Qarabağ mövzusuna aid əl işlərinin yer aldığı sərgiyə baxış olub.

view 915 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news