Sevgilim, mən öləndə - Vaqif Səmədoğlu

Sevgilim, mən öləndə - Vaqif Səmədoğlu
calendar 14 noyabr 2023
clock 17:10

Kulis.az Vaqif Səmədoğlunun "Sevgilim, mən öləndə" şeirini təqdim edir.

Sevgilim, mən öləndə,
Bir küncdə xısın-xısın
Ağlayacaqsanmı sən?
Kimin xarabasında
Bir damla yaşa dönüb
Düşəcəyəm gözündən?

Ağla, qurbanım, ağla,
Ağla, һeyranım, ağla,
Evdə qonaqlar olsa,
Çıxıb eşikdə ağla.
Gözlə, gecə düşəndə
Yorğan-döşəkdə ağla.
Qulaq asma aləmin
Sözünə bircə kərə.
De, Vaqif ölməliydi,
Gəl öldü naһaq yerə…

Sevgilim, mən öləndə,
Soraq sənə gələndə,
Düşmən gözü güləndə,
Ağla, olanım, ağla,
Ağla, qalanım, ağla,
Ağla, mən ölüm, ağla…

view 993 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news